Volqoqrad vilayətinin müsəlmanları iki tarixi məscidin onlara qaytarılmasını istəyir

Volqoqrad vilayətinin müsəlmanları iki tarixi məscidin onlara qaytarılmasını istəyir

Rusiyanın  Volqoqrad vilayətinin müsəlmanları  iki tarixi sabiq məscidin müsəlmanların ibadəti üçün  istifadələrinə verilməsi xahisi ilə  Volqoqrad şəhər rəhbərliyinə müraciət ediblər. 
 
Maide.Az xəbər verir ki,  Volqoqrad regionu üzrə müfti  İlyas Biktimirov  İctimai Palatanın iclasında çıxışında bildirib ki,  hazırda Çaritsində Rusiyanın Müdafiə Nazirliyinin sərəncamında olan iki sabiq məscidin  dini icmalara qaytarılmasını xahiş edirik. 
 
O deyib ki, məscidlərdən biri Oqareva küçəsi 20-də yerləşir ki, hazırda hərbi komissarlıq orada yerləşir, digəri Eleçkoy küçəsi 20-də  yerləşir ki, hazırda  təlim mərkəzi kimi oradan istifadə olunur. 
 
Volqoqrad vilayətinin qubernatoru  Vladimir Popkov müftinin xahişinə cavab olaraq deyib ki,  bu məsələ əmlak məsələləri ilə bağlı olduğu üçün üzərində iş aparılmalıdır, lakin  hakimiyyət federal qanunlar çərçivəsində bu xahişə baxmağa hazırdır. 
 
Müfti İlyas Biktimirov da əlavə edib ki, hazırda qanun  tarixi dini abidələrin dini təşkilatlara qaytarılmasına icazə verir. (islam.ru)
 
 

Google+ WhatsApp ok.ru