Vüsal Hətəmov: `Ümid edirik ki, dindirildikdən sonra azad olunar`

Xəbər verdiyimiz kimi, ruhani Hacı Ceyhun Cəfərov həbs edilib.
Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov islamazeri.az-a ilahiyyatçı Ceyhun Cəfərovun həbs edilməsi ilə bağlı münasibət bildirib: "Yaxınları mediaya xəbər verib ki, sabah məhkəməsidir. Hesab edirəm ki, bir anlaşılmazlıq olub və ümid edirik ki, dindirildikdən sonra azad olunar. Çünki, mən neçə illərdir Ceyhun müəllimi tanıyıram. Bu adamın bu ölkəyə, bu dövlətə ancaq xeyri dəyib. Sağlam dini maarifçilik, qaraguruhçuluğun qarşısının alınması, radikallığın yaranmaması istiqamətində Hacı Ceyhunun gördüyü işlər göz qabağındadır"./

Google+ WhatsApp ok.ru