Whatsapp-da daha bir YENİLİK

Whatsapp-da daha bir YENİLİK

-- Saxta spam məlumatların qarşısını ala biləcək funksiya

Whatsapp, istifadəçilərin aldığı potensial saxta spam məlumatların qarşısını ala biləcək funksiya üzərində işləyir.
 
Messencerin yeni variantında azı 25 dəfə göndərilən ismarıc alındıqda istifadəçiyə təhlükə haqda xəbərdarlıq ediləcək.
 
Bu funksiya sayəsində, mesajın dəfələrlə göndərildiyi haqda xəbərdarlıq çatın özündə ediləcək.
 
WABETAİNFO bildirir ki, xəbərdarlıq funksiyası hazırda sınaq mərhələsindədir və çox güman ki, yaxın zamanda İOS və Android versiyalarında tətbiq olunacaq.(FaktXəbər)
 

Google+ WhatsApp ok.ru