Whatsapp-dan daha bir yenilik

Məşhur mesajlaşma vasitəsi olan WhatsApp-dan daha bir yenilik gəlib. 800 milyondan çox istifadəçisi olan, dünyanın ən böyük mesajlaşma şəbəkəsi, səsli danışıqlarda yenilik edib. Android platformasında 2.12.183 versiyasında ""Low data usage" xüsusiyyəti aktiv edildiyində səsli danışıqlar zamanı internet paketinizdən minimum səviyyədə istifadə ediləcək. Artıq  interneti az olanlar limiti keçmədən rahat danışa biləcəklər. Bu xüsusiyyətin səs keyfiyyətini aşağı saldığı deyilsə də, xüsusiyyətin WhatsApp istifadəçiləri tərəfindən xoş qarşılandığı bildirilir.
 
Tətbiq edilən yenilikdən istifadə etmək üçün WhatsApp-ın 2.12.183 versiyasını telefona yükləmək lazımdır. Bundan sonra "Call Settings" bölümündən "Low Data Usage" düyməsini aktivləşdirmək lazımdır. Beləliklə  sizin səsli danışıqların keyfiyyəti bir az aşağı düşəcək, amma MB-dan daha az istifadə ediləcək. 

Google+ WhatsApp ok.ru