WhatsAppa-a görə boşandı

30 yaşlı Səudiyyə Ərəbistan vətəndaşı 2 illik evlilikdən sonra WhatsApp-da göndərdiyi mesajına cavab vermədiyinə görə həyat yoldaşından boşanıb. 
Maide.az Al Weam yerli saytına istinadən məlumat verir ki, kişinin sözlərinə görə onun yoldaşı vaxtının çoxunu telefonla keçirirdi. Qadın hətta ev işlərini və övladının qayğılarını kənara atmışdı. 
Əri isə ona WhatApp-la mesaj göndərib, qadın oxusa da cavab verməyə tələsməyib. Narahat olan həyat yoldaşı, işdən çıxaraq evə qayıdıb  və xanımın evdə oturub televizor izlədiyinin şahidi olub.
Məlum olub ki, qadın rəfiqəsi ilə danışdığına görə ərinin mesajına cavab verməyi unudub. Bu isə kişinin səbr kəsasının dolmasına gətirib çıxarıb və o dərhal boşanma ərizəsi yazıb.//

 

Google+ WhatsApp ok.ru