`WhatsApp`dan daha bir sürpriz - FOTO

`WhatsApp`dan daha bir sürpriz - FOTO

Dünyanın ən çox istifadə olunan  mesajlaşma tətbiqlərindən biri  olan Facebook Messenger bildiyimiz kimi «bubble» mesajlaşma özəlliyinə sahibdir, yəni qəbul edilən mesajlar dairəvi şəkildə ekranda peyda olur. Bu da  hər hansı bir tətbiqi bağlamadan  sürətli mesajlaşmağa imkan verir.
 
FaktXeber.com-un webtekno-ya istinadən məlumatına görə, artıq WhatsApp –da bu funksiyadan istifadə edəcək.
 
Dashdow What App  adını daşıyan  bu tətbiq sayəsində gələn mesajlar «köpük» olaraq çıxacaq. Beləliklə, hər hansı bir oyundan, yaxud tətbiqdən çıxmayaraq  mesajı oxumaq mümkün olacaq.
 
Ancaq  Facebook Messenger-dən tək fərqi budur ki, cavab vermək mümkün olmayacaq. Bununla belə, ən azı mesajların önəmli olum-olmadığını bilməyə imkan verir.

Google+ WhatsApp ok.ru