`WhatsApp` istifadəçilərinə pis xəbər 01 Noyabr 2014 02:00 Xəbərlər Şirkət görüntülü zəng xidmətinin gələn il istifadəyə veriləcəyini açıqlayıb "WhatsApp" istifadəçilərini yenidən məyus edib. ANS PRESS-in məlumatına görə, bu ilin ikinci rübündə yeni funksiyalar tətbiq etməyi planlaşdıran şirkət görüntülü zəng xidmətinin gələn il istifadəyə veriləcəyini açıqlayıb. Code / Mobile konfransında danışan "WhatsApp"ın içraçı direktoru Jan Koum yeni xidmətin tətbiqi zamanı texniki problemlərlə üzləşdikərini və bu səbəbdən geçikəcəklərini bildirib. Belə ki, problemlər arasında "WhatsApp" tətbiqinin mikrofon daxil olmaması da var idi. 2014-ün əvvəllərində "Facebook" tərəfindən satın alınan "WhatsApp" Facebookun mesaj göndərməyə və Wi-Fi vasitəsilə səsli danışıqlar aparmağa icazə verən Facebook Messenger sistemini də tətbiq etmək istəyir. Görünür, şirkət satın alınandan sonra yeni xidmətin tətbiqi ertələnib. Facebook Messenger, cib və masaüstü tətbiqlərini istifadə edənləri hədəflərkən WhatsApp, yalnız mobil cihazlarda işləyəcək şəkildə inkişaf etdirilir./ Teqlər : #`WhatsApp` istifadəçilərinə pis xəbər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mədinədə Məscid ən-Nəbinin yenidənqurma işlərinə hazırlıq görülür- Foto Ayətullah Sistani hökümətə: Sünni qruplara yardım edin!