Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib

Avqustun 1-i, saat 01:29-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib.
 
APA-nın “Kavkazskiy uzel” saytına istinadən xəbərinə görə, yeraltı təkanlar Dərbənd şəhərindən 66 km şimal-şərqdə, Mahaçqaladan 120 km çənub-şərqdə qeydə alınıb.
 
Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Google+ WhatsApp ok.ru