Xəzəryanı ölkələr 2016-cı ildə birgə təlimlər keçirəcəklər

Moskva Xəzəryanı ölkələrə - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana 2016-cı ildə fövqəladə reaksiya vermə xidmətlərinin birgə irimiqyaslı təlimlərini keçirməyi təklif edib.

Trend-in RİA Novsoti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin IV Xəzər sammitinin geniştərkibli iclasında deyib.

V. Putin qeyd edib: "Birinci addım kimi 2016-cı ildə beş ölkənin iştirakı ilə fövqəladə reaksiya vermə xidmətlərinin irimiqyaslı təlimlərini keçirməyi təklif edirik ki, bu da təcrübədə xilasetmə bölmələrinin məlumatlandırma və əlaqələndirmə prosedurlarını işləməyə imkan verəcək" /

Google+ WhatsApp ok.ru