Xəzər dənizinin şərqini bir-birinə birləşdirən dəmiryolu istifadəyə verilir

Xəzər dənizinin şərqini bir-birinə birləşdirən Qorqan-İnçəburun-Ətrək-Bərəkət dəmiryolu xəttinin açılış mərasimi keçiriləcək.
Maide.az-ın məlumatına görə,
sabah İranın Gülüstan vilayətində baş tutacaq mərasimdə İran, Türkmənistan və Qazaxıstan prezidentlərinin iştirakı gözlənilir.

Bu layihənin açılışı üç ölkə üçün geo-iqtisadi imkanlardan əlavə, regionda geo-strateji və geo-siyasi əhəmiyyətə də malikdir.
İran, Türkməninstan və Qazaxıstanda Qorqan-İnçəburun-Ətrək-Bərəkət dəmiryolunun uzunluğu təxminən 908 km-dir və Xəzər dənizinin şərqində çəkilib. Dəmiryolun 120 kilometri Qazaxıstanda, 700 kilometri Türkmənistanda və 88 kilometri İrandadır. Bu dəmiryolu MDB ölkələrinin dəmiryolunu Fars körfəzi və cənub-şərqi Asiya ölkələrinə birləşdirir. /



 

Google+ WhatsApp ok.ru