Azərbaycanla Rusiya birgə hərbi təlim keçirəcək

Gələn il Xəzərdə sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək.

RİA Novostinin məlumatına görə, təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri iştirak edəcək.

Bundan başqa Rusiya və Azərbaycanın hərbi-dəniz qüvvələri ayrıca birgə təlim keçirəcəklər.

Rusiyanın Cənib-Şərq Dairəsindən verilən məlumata görə, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək.

Bu gəmilərin əsas işi ölkənin iqtisadi zonasını qorumaqdır. /


 

Google+ WhatsApp ok.ru