Xəzər dənizində iki zəlzələ baş verib

Bu gün Xəzər dənizində iki ardıcıl zəlzələ qeydə alınıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, birinci zəlzələ yerli vaxtla 15:30:15-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 34 km olub.
 
Növbəti zəlzələ isə yerli vaxtla 15:40:51-də baş verib. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 34 km olub.
 
Hər iki zəlzələ hiss olunmayıb.

Google+ WhatsApp ok.ru