Xəzərdə suyun səviyyəsinin sürətlə aşağı düşməsi fəsadlar verə bilər - Coğrafiya institutunun direktoru

“Xəzərdə suyun səviyyəsi kəskin şəkildə azalıb. Son rəqəmlərə görə hazırda suyun səviyyəsi mənfi 28 metr təşkil edir”.

Bunu SalamNews-a AMEA-nın Coğrafiya institutunun direktoru Ramiz Məmmədov söyləyib.

O, bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi bir neçə səbəblə bağlıdır: “İlk olaraq Volqa çayının suyu azalıb ki, bu ən başlıca səbəblərdəndir. Daha bir səbəb isə son zamanlar Xəzərin akvatoriyasında quraqlığın hökm sürməsidir. Bu isə səthdə buxarlanmanın artması, nəticədə səviyyənin aşağı düşməsinə səbəb olub. Ən son belə azalma 1970-ci ildə baş verib”.

R. Məmmədov bildirib ki, suyun səviyyəsinin belə sürətlə aşağı düşməsi bir sıra fəsadlar verə bilər.

“Birinci növbədə gəmilərin sahilə çıxması çətinləşəcək. Daha sonra bio-aləmə ciddi ziyan dəyə bilər. Qabaqlayıcı tədbirlər görmək şətrdir.” /

Google+ WhatsApp ok.ru