MSK: Seçici fəallığı 39 faiz təşkil edib -Yenilənib

 
MSK Informasiya mərkəzinin müdiri Rüftə Gülməmmədovun sözləri əlavə olunub 
 
Saat 19:00-da bələdiyyə seçkilərində  səsvermə başa çatıb.
 
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ölkə üzrə seçici fəallığı saat 19:00-a 38.93 faiz təşkil edib.
 
Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14nəfər  səs verib.
 
***
 
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib.
 
Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. /

Google+ WhatsApp ok.ru