Xəzərdə növbəti neft fəlakəti

Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook hesabında Neft Daşlarında neft sızması haqda xəbər paylaşıb.
Hüquq müdafiəçisi yazır: “Hörmətli ARDNŞ nümayəndələri!Səhər tezdən indiyədək Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır. Bayram qurtarmadı?”
M.Qəhrəmanlı dənizə neft sızması əks olunan fotoları da paylaşıb. Həmin fotoları da təqdim edirik.  
Qeyd edək ki, martın əvvəllərində Xəzər dənizində“BP-Azərbaycan” şirkətininneft platformasından dənizə 100 tona yaxın kimyəvi maddə dağılmışdı. Məlumatı “BP-Azərbaycan” şirkətinin mətbuat katibinin başçısı da təsdiqləmişdi. musavat/
 

Google+ WhatsApp ok.ru