Xəzər dənizində iki nəfərin batması ilə bağlı bəzi detallar məlum olub

Xəzər dənizində iki nəfərin batması ilə bağlı bəzi detallar məlum olub.
 
İlkin məlumata görə, 17 yaşlı Namiq Qurbanov və 26 yaşlı Anar Mehdiyev birlikdə olmayıblar və ayrı-ayrılıqda Xəzərin nəzarət olunmayan hissəsində üzməyə gediblər.
 
Onlar dənizdə olarkən külək başlasa da, Namiq Qurbanov və Anar Mehdiyev üzməyə davam ediblər. Nəticədə hər iki şəxs dənizdə batıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki,  Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə nazirlik əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Bu qaydalardan biri də küləkli havada dənizə girməməkdir.

Google+ WhatsApp ok.ru