Xətaidə şagird müəlliməsini qanına qəltan elədi

Xətai rayonu 95 saylı məktəbdə döyülmə hadisəsi baş verib. 
 
Maide.az-ın xəbərinə görə, 11-ci sinif şagirdi olan oğlan öz müəlliməsini vəhşicəsinə döyüb. 
 
Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamdan şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib. Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəlliməni güclə şagirdin cəngindən xilas ediblər.

Google+ WhatsApp ok.ru