Xəstəxanada olan neftçilərin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

"Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan xəstələrin hamısının vəziyyəti stabildir". 
Bunu jurnalistlərə açıqlamasında xəstəxananın baş direktor müavini Nadir Mehdiyev deyib.
Onun sözlərinə görə, qəza baş verdiyi gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib: "Ümumilikdə hazırda xəstəxanada 13 xəstə var. Bu gün iki nəfər evə buraxılacaq. 1959-cu il təvəllüdlü Rəcəbov Mərdan, 1968-cil il təvəllüdlü Əliyev Ənvər ambulator müayinəyə buraxılacaq. Bundan başqa, xəstələr daimi psixoloq müayinəsindən keçirilir".

Google+ WhatsApp ok.ru