Xəbərdarlıq: Bu yollarda qəza ehtimalı var - FOTO

Xəbərdarlıq: Bu yollarda qəza ehtimalı var - FOTO

Bakıda iyunun 17-19-da keçirilən "Formula 1" üzrə yarışlardan sonra bağlanmış yollar açılıb, hərəkət də nizamlanıb. Amma beton-dəmir maneələr hələ də yol kənarlarında qalır. Ona görə də sürücülər yolda hərəkətdə olarkən təhlükəsizlik baxımından bunu mütləq nəzərə almalıdırlar ki, qəza halları yaşanmasın.
 
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
 
Bölmə rəisinin sözlərinə görə, həmin maneələrin yollardan tam yığışdırılması üçün vaxtilə yerləşdirildiyi kimi təxminən 1-2 həftə vaxt lazımdır: "Bu müddət ərzində maneəli yollardan keçən sürücülər mütləq diqqətli olsunlar. Unutmasınlar ki, həmin ərazidə yol zolaqlarının ayrılması ilə bağlı, hələ ki, xətlənmə işləri aparılmayıb. Bunu nəzərə alaraq bilməlidirlər ki, sürət həddi mütləq aşağı olmalıdır, ara məsafəsi normada olduğundan da çox saxlanmalıdır, həmin ərazilərdə süni sıxlığa səbəb olmamaq üçün yol kənarında avtomobillərini park etməməlidirlər. Maneələr sökülüb, yığışdırıldıqca hərəkət tam normallaşacaq".

Google+ WhatsApp ok.ru