Xəstəxanaya yerləşdirilmiş İslam alimi Möhsin Qiraətinin son durumu

Xəstəxanaya yerləşdirilmiş İslam alimi Möhsin Qiraətinin son durumu

Ustad Möhsin Qiraətinin əməliyyatdan sonrakı durumu normaldır, o palataya köçürülüb. Bunu ölkənin “Namazın bərpası” təşkilatının əyalətlər üzrə idarəsinin mətbuat katibi Məsud Dəris deyib.  
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, M.Dəris deyib ki, ustad Qiraəti bir neçə gün öncə keçirilən Namaz qurultayından öncə həkimə müraciət etmiş, qurultayın işlərinə görə, əməliyyatı  təxirə salmışdır. “Hazırda ustad Qiraəti ümumi palataya köçürülüb, vəziyyəti normaldır. Onun evə buraxılacağı vaxt hələlik bilinmir”. 
 
Qeyd edək kİ, Xatəmul-Ənbiya (s) xəstəxanasında müalicə alan ustad Qiraətini ötən gün Ali Rəhbər Ayətullah Xameneinin nümayəndəsi höccətül-islam Muhəmməd Gülpayqani ziyarət etmişdi. 
 
Xatırladaq ki, 71 yaşlı Quran müəllimi və təfsirçisi olan ustad M.Qiraətinin mədə-bağırsağında problemlər yaşandığı üçün əməliyyat olunub. 
 
 

Google+ WhatsApp ok.ru