BMT-nin yeni baş katibi Baş Assambleya qarşısında and içəcək 12 Dekabr 2016 02:00 Xəbərlər Antoniu Quterriş 2015-ci ilin iyun ayından dekabr ayına qədər BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı vəzifəsində çalışıb Bu gün BMT Baş Assambleyası təşkilatın yeni baş katibini andiçməyə çıxaracaq. Bu gün Baş Assambleyanın 71-ci sessiyasının sədri Antoniu Quterrişə rəsmi olaraq 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək olan müddətdə BMT-nin doqquzuncu baş katibi təyin edildiyini açıqlayacaq. Xatırladaq ki, Portuqaliyadan olan Antoniu Quterrişin BMT baş katibi təyin edilməsi barədə qərar oktyabrın 13-də Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Antoniu Quterriş 2015-ci ilin iyun ayından dekabr ayına qədər BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı vəzifəsində çalışıb. Qeyd edək ki, BMT-nin hazırkı başçısı, Cənubi Koreyadan olan Pan Gi Mun təşkilatın səkkizinci baş katibi olub. O, bu postda qanalı Kofi Annanı əvəz edib. Afrikalı baş katibə qədər isə bu vəzifədə 6 nəfər çalışıb: Butros Butros-Qali (1992-1996), Xavyer Peres de Kuelyar (1982-1991), Kurt Valdhaym (1972-1981), U Tan (1961-1971), Daq Hammarşeld (1953-1961) və Tryuqve Li (1946-1952). BMT-nin mövcudluğu ərzində təşkilata Qərbi Avropadan üç, Afrika və Asiyadan iki, Latın Amerikasından 1 nümayəndə rəhbərlik edib. (report) / Teqlər : #BMTnin yeni baş katibi Baş Assambleya qarşısında and içəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəstəxanaya yerləşdirilmiş İslam alimi Möhsin Qiraətinin son durumu Nadir şahın İmam Əlinin (ə) hərəminə bağışladığı qızıl tac yenidən O Həzrətin hərəmində -FOTO