Xəzərdə ‘Ölüm dərələri’ yaranıb: Çimməyə gedənlərin DİQQƏTİNƏ

Xəzərdə ‘Ölüm dərələri’ yaranıb: Çimməyə gedənlərin DİQQƏTİNƏ

Bu il dəniz mövsümü açılandan bu yana 35 nəfər suda boğulma hadisəsi baş verib.
 
Dənizdə boğulma hallarının çoxalmasına səbəb nədir? 
 
Ekoloq Telman Zeynalov BAKU.WS-ə açıqlamasında qeyd edib ki, son dövrlərdə paytaxt ərazisində küləkli hava şəraiti daha çox müşahidə olunur.
 
“Bu küləklər şimal-şərq və şimal-qərb küləkləridir. Bu küləklər soyuq hava kütləsi gətirir. Rayonlarda yağıntılar çoxalır. Dənizdə isə burulğanlar yaranmağa başlayır. Dənizin dalğaları çoxaldıqca, ləpə hündür olduqca, dənizin dibində torpaq yumşalır və dalğalar onu yuyub aparır. Ona görə də sahilin yaxınlığında dərələr əmələ gəlir. Bu dərələrdə hava şəraitinə görə də burulğanlar yaranır. İnsan burulğana düşdüyü zaman, özünü itirir. Bu zaman gərək, özünü itirməyəsən".
 
Fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu ilə bağlı işlər görülürmü? 
 
Bu suala cavab tapmaq üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili ilə əlaqə saxladıq. Aqşin bəyin sözlərinə görə, Fövqəladə hallarda necə davranmaq lazım olduğu barədə maarifləndirici işlər görülür:
 
“İlk onu qeyd edək ki, "Təhlükəsizlik tədbirləri ilə bağlı Nazirlər Kabinetinin "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları"  ilə bağlı qərarı var və təhlükəsizlik tədbirləri bu qanunlarla tənzimlənir. Bununla bağlı biz aprel ayından artıq maarifləndirmə işləri görməyə başlayırıq.
 
Çimərliklərin istismarına nəzarət şöbəsinin əməkdaşları və yerli icra orqanları ilə birlikdə su obyektlərinin kənarında monitorinq keçirməyə başlayırıq. Monitorinqin məqsədi ərazi ilə tanış olub, orda olan mövcud problemləri aşkarlamaq və onları qarşılıql həll etməkdir.  Monitorinq bitdikdən sonra müşavirə keçirilir. Müşavirədə Fövqəladə hallar nazirliyinin əməkdaşları, eyni zamanda bizim Bakı regional mərkəzinin əməkdaşları, icra orqanı əməkdaşları, bələdiyyələr, polis, səhiyyə, təcili tbbi yardım, Gigiyena və epidemiya mərkəzinin əməkdaşları iştirak edir. Daha sonra monitorinq zamanı aşkar olunmuş bütün təhlükə mənbələri, nöqsanlar, çatışmazlıqlar nümayiş olunur və bunun həlli üçün icra hakimiyyətinin müavini səviyyəsində göstərişlər verilir”. 
 
Bakı Regional Mərkəzi ilə bizim birgə layihəmiz var. Məktəblərdə, təhsil və səhiyyə ocaqlarında fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlər hər ay 3-4 məktəbdə davamlı olaraq təşkil olunur. Həmin tədbirdə yanğından mühafizə, zəlzələ, eyni zamanda çimərlikdə  davranış qaydaları ilə bağlı təlimlər təşkil olunur deyə, Aqşin bəy bildirir. 
 
Onun sözlərinə görə, təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici videoçarxlar da var. Bundan başqa təhlükəsizlik qaydaları ilə bağlı bukletlər də hazırlanır. 
 

Google+ WhatsApp ok.ru