Xacmaz rayonunun dindarları şəhidimizi ziyarət ediblər -FOTO

Xaçmaz şəhəri "Təzə şəhər məscidi" dini icması Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış şəhid Mustafa Coşqunovun qəbrini ziyarət ediblər. Məscid camaatı maşın karvanı ilə "Təzə şəhər məscidi" nin qarşısında toplaşaraq üç rəngli bayraqlara sarılmış maşın karvanı ilə şəhidin dəfn olunduğu Yeni Həyat qəsəbəsinə yola düşüblər. İlk olaraq şəhidin doğulduğu evdə qeyd olunan yas mərasimində iştirak ediblər. Quran tilavəti və "Şəhadət" haqqında qısa çıxışlardan sonra şəhidin valideynləri ilə görüşülüb və onlara baş sağlığı verərək şəhid ailəsinə maddi köməklik göstəriblər. XeberLent.az-ın məlumatına görə, daha sonra maşın karvanı Şəhidin məzarı başına yollanmış və Yeni Həyat qəbristanlığında şəhidi ziyarət etmişlər. Şəhidin qəbrini qərənfillər ilə bəzəyən mərasim iştirakçıları, Kəbə başda olmaqla bir çox müqəddəs ziyarətgahları təbərrük olunan üç rəngli bayrağı da şəhid qəbrinə hədiyyə etmişlər. Mərasim Quran tilavəti və dualar ilə başa çatmışdır.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru