Hərbi hissədə səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib

Müdafiə Nazirliyinin hərbi hissəsinin taktiki təlim bazasında şərti səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib.
 
APA-nın “Azərbaycan Ordusu” qəzetinə istinadən verdiyi məlumata görə, toplanışda səyyar tipli şəxsi heyətin qəbulu məntəqəsi yaradılıb və dinləyicHərbi hissədə səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib
 
i zabitlərə ehtiyatdan gələn hərbi qulluqçuların siyahılara uyğun vəzifələrə təyinedilmə qaydaları izah olunub.
 
Müdafiə Nazirliyinin məsul zabiti, polkovnik Elçin Daşpoladov bildirib ki, səfərbərlik elan olunduqda döyüşən hərbi hissələrdə səhra tipli şəxsi heyətin qəbul məntəqələri yaradılır. Təlimin əsas məqsədi döyüşən hərbi hissələri komplektləşdirməkdir.
 
Nazirlik nümayəndəsi qeyd edib ki, Silahlı Qüvvələrin növləri, birlik, birləşmə və hərbi hissələrin səfərbərlik işinə cavabdeh şəxsləri ilə şəxsi heyətin qəbul məntəqəsinin təşkili üzrə nümunəvi məşğələ ilk dəfədir keçirilir./
 

Google+ WhatsApp ok.ru