Xalid Bağırov: “Leyla Yunusun müalicəsinə Avropa Birliyinin həkimləri cəlb olunub”

“Avropa Məhkəməsində Leyla Yunusun işi ilə bağlı 3 istiqamətdə kommunikasiya gedir.  Aprelə qədər hökumətə vaxt verilib ki, bu pozuntularla bağlı Avropa Məhkəməsinə mövqeyini bildirsin”.

 

Bunları Deyerler.org-a Leyla Yunusun Avropa Məhkəməsindəki işlərilə bağlı açıqlama verən Leyla Yunusun vəkili Xalid Bağırov deyib. O qeyd edib ki, Leyla Yunusun saxlanılma durumu ilə bağlı kommunikasiya gedir: “Avropa Məhkəməsi Azərbaycan hökumətinin üzərinə Leyla Yunusun saxlanıldığı yerdə keyfiyyətli tibbi yardım edilməsi barədə öhdəlik qoyub. Eyni zamanda görülən tədbirlər barəsində hər ay Avropa Məhkəməsini də məlumatlandırmaq barəsində öhdəlik qoyub. Onu da qeyd edim ki, Leyla Yunusun müalicəsinə Avropa Birliyinin həkimləri cəlb olunub. Bu həkimlərin müalicəsi müəyyən qədər konfedisial aparılır. Bu vaxta qədər ictimaiyyət aparılan müalicələrin nəticəsindən məlumatlandırılmayıb. Çünki Leyla Yunusun yanına bu həkimlərin buraxılmasının şərti bu olub. Bu şərtlə də Leyla Yunus razılaşıb. Leyla Yunus yerli həkimlərə tək savad və təcrübə baxımdan deyil, digər məsələlər baxımından da etibar etmir.

 

Digər tərəfdən Leyla Yunusun həbs olunması ilə bağlı da  kommunikasiya gedir. Həbs olunmamışdan öncə də onunla pis rəftar olunması ilə bağlı da  kommunikasiya gedir. Axtarışlar, saxlanmalar, ölkədən çıxışına qadağalar və s. məsələlərə görə də Avropa Məhkəməsi ayrıca komunikasiya aparır. Aprelə qədər də  vaxt verilib ki, bu pozuntularla bağlı Avropa Məhkəməsinə mövqeyini bildirsin”./

Google+ WhatsApp ok.ru