Bilgəhdə sakinlər yolu bağladı

Bilgəhdə məskunlaşan bir qrup məcburi köçkün martın 17-də qəsəbənin yolunu bağlayaraq etiraz aksiyası keçiriblər.
Səbəb onların elektrik enerjisiindən məhrum olmasıdır. Bu barədə “Azadlıq” qəzetinə etirazçı sakinlər məlumat veriblər.
Sakinlərin dediyinə görə,
 Bilgəh Kardioloji Sanatoriyası ərazisində məskunlaşan 24 ailənin işığı bir neçə gündür kəsilib. Aidiyyatı qurumlar buna səbəb kimi sakinlərin elektrik enerjisindən istifadəyə görə ödəniş borcunun yaranmasını göstərirlər. Sakinlər isə bununla razılaşmırlar.
“Bizə deyirlər ki, guya 450-500 manat işq pulu borcumuz yaranıb. Amma bu, mümkün deyil. Bu qədər borcumuz ola bilməz. Tələb edirik ki, işığımızı versinlər. Bu bayram günlərində bizi qaranlıqda qoymasınlar”, - deyə sakinlər bildiriblər./
 

Google+ WhatsApp ok.ru