Xaçmazda 22 yaşlı gənc dənizdə çimərkən batıb 25 İyun 2015 01:00 Hadisə Bu gün Xaçmazda 22 yaşlı gənc dənizdə batıb. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb. M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:20-də başa çatıb. Teqlər : #Xaçmazda 22 yaşlı gənc dənizdə çimərkən batıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Goranboyda doğuş zamanı ana və uşaq ölüb Göygöldə qətl hadisəsi törədilib