`Xanım Zəhra` məscidinin işıqları bərpa olundu

Mingəçevir şəhərində Sağ Sahil qəsəbəsində yerləşən "Xanım Zəhra" məscidində elektrik ererjisinin verilişi bərpa olunub. Hazırda məsciddə elektrik enerjinin istifadəsində məhdudiyyət yoxdur. 
 
Xatırladaq ki, yanvarın 12-də bir qrup dindarın redaksiyamıza verdiyi məlumata görə, adı çəkilən ərazidə yerləşən "Xanım Zəhra" məscidində elektrik xəttlərində enerjinin istifadəsinə məhdudiyyət qoyulub. Məsələ ilə bağlı problemi işıqlandırdıqdan sonra, problem öz həllini tapıb. (İslamazeri)

Google+ WhatsApp ok.ru