Bakıda ən çox əhali bu rayonlarda yaşayır

Bakı müasirliyi ilə yanaşı gözəlliyi, tarixi siması ilə fərqlənən dünyanın inkişaf etməkdə şəhərləri sırasındadır. Paytaxtımıza hər il minlərlə turist gəlir və Bakının qədim tarixi abidələri, yeni qeyri-adi tikililəri və ən əsası xalqımızın   qonaqpərvərliyi onları valeh edir. Təsadüfi deyil ki, “New York Times” qəzetində 2015-ci ildə dünyanın gəzməli olan 52 şəhəri sırasında Bakının da adı qeyd olunur. İnkişaf edən küləklər şəhərində yaşayan əhalinin sayı da durmadan artmaqdadır.
Paytaxtın 12 inzibati rayonu və 48 kəndi, qəsəbəsi üzrə ən çox və ən az qeydiyyatda olan əhalisinin sayını araşdırıb. Məlum olub ki, paytaxtda rəsmi qeydiyyatda olan əhalinin sayı 2 189 164 nəfər təşkil edir. Qeydiyyatda olan əhalinin sayına görə, ən çox Xətai rayonu-267.2 min nəfərlə birinci, Pirallahı rayonu 19 min 864 nəfərlə isə sonuncu yeri tutur.
 
 Qeydiyyatda olan əhalinin sayına görə , Bakının rayonlar üzrə sıralama reytinqi belədir:
 
1. Paytaxtın ən böyük rayonlarından biri olan Xətai rayonun 01.01.2014-cü il tarixinə əhalisi 267.2 min nəfərdir.
 
2.  Bakının Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, 2014-cü ilin yanvar  ayına olan vəziyyətə əsasən Binəqədi rayonunun əhalisi 254.500 nəfər təşkil edib.
 
3. Bakı şəhəri Yasamal rayonunun əhalisi 01.10.2014-cü il tarixə rəsmi qeydiyyatda 242.500 nəfərdir.
 
4. 2014-cü ilin iyul ayına olan vəziyyətə əsasən Bakı şəhəri Sabunçu rayonunun əhalisi 235.411 nəfər olub.
 
5. Nəsimi rayonu-əhalisi 01.01.2014-cü il tarixə rəsmi qeydiyyatda 217.900 nəfər təşkil edib.
 
6. Bakının Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, əhalisi – 210,5 min nəfər təşkil edib.
 
7. Nizami rayon İcra Hakimiyyətinin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, bu rayonda 449 nəfər təşkil edir.
 
8. Nərimanov rayonunun İH-nin də rəsmi saytında əhalinin sayı 01.01.2013-cu il tarixə rəsmi qeydiyyatda 170.300 nəfər təşkil edib.
 
9. 2014-cü ilin yanvar ayına olan vəziyyətə əsasən Xəzər rayonunun əhalisi 159.090 nəfər olub.
 
10. Qaradağ rayon İH-nin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, əhalinin sayı 117.800 nəfər göstərilib.
 
11. Bakının Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, 2014-cü ilin yanvar  ayına olan vəziyyətə əsasən rayonunun əhalisi 100.650 nəfər təşkil edib.
 
12. Bakının Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytında göstərilən son statistik rəqəmə görə, rayon əhalisinin sayı 864 nəfər təşkil edib. A24.az/

Google+ WhatsApp ok.ru