Xarici borc artır, gəlir azalır

Xarici borc artır, gəlir azalır

"Novoye Vremya" qəzetində "Tendensiyalar ehtiyatlı olmağımızı tələb edir" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda qeyd edilir ki, ölkənin xarici borcu tədricən artmaqdadır: "İqtisadiyyat kiçilib, bank sahəsində böhrandır. ÜDM, qızıl-valyuta ehtiyatları azalıb. Azərbaycanın xarici borcu 2016-cı ilin sonuna 6 milyard 913.2 milyon dollar təşkil edib. Bu da xarici borcun artmasından xəbər verir".
 
Müəllif vurğulayır ki, ÜDM-də xarici borc son 11 ilin ən yüksək həddinə çatıb. Bu, 20.4 faiz təşkil edir. Azərbaycanda özəl və bank sektorunun xarici borcları 2016-cı ilin sonunda 12 milyard dollara yaxınlaşıb: "12 milyard dollar, hər halda, böyük məbləğdir. Bankların sağlamlaşdırılması özünü yaxın perspektivdə göstərmir, deməli, bir nəticəyə gəlmək olar ki, xarici borc, eləcə də ölkənin məcmu xarici borcu artacaq".
 
Müəllifə görə, xarici borcların artması gələcəkdə iri layihələrin gerçəkləşməsini sual altında qoyur.
 
Müəllif yazır ki, qaz-neft yeganə ixrac mənbəyidir. Amma həmin sahədə də vəziyyət ürəkaçan deyil: "Modernləşdirmə üçün pul lazımdır. Neft bazarındakı qeyri-sabitlik nikbinlik vəd etmir. Daha milyardlarla pul toplamaq mümkün olmayacaq. Odur ki, xarici sərmayəçilərə göz dikməli olacağıq". /

Google+ WhatsApp ok.ru