Xarici pasportu olmayan Aİ vətəndaşları Britaniyaya buraxılmayacaqlar 01 Oktyabr 2021 10:26 Dünya Aİ vətəndaşları şəxsiyyət vəsiqələri ilə İngiltərəyə daxil ola bilməyəcəklər və sərhəddə xarici pasportlarını təqdim etmələri tələb olunacaq. Qərar bu gün, oktyabrın 1-dən qüvvəyə minib. İngiltərənin Ai-dən çıxmasından sonra bu tədbirin əsas məqsədi saxta sənədlərlə mübarizə qeyd edilir. Britaniya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Avropa milli şəxsiyyət vəsiqələri Britaniya sərhədində ən çox ələ keçirilən saxta sənədlərdən biridir. Yeni qaydalar İngiltərədə yaşayan Aİ və İsveçrənin bu ilin 30 iyunundan əvvəl tam və ya qismən yaşayış statusu üçün müraciət edə bilən vətəndaşlara şamil edilmir və onlar 31 dekabr 2025-ci ilə qədər milli şəxsiyyət vəsiqələri ilə krallığa girə biləcəklər. Bu ilin avqust ayının sonuna olan məlumata əsasən, təxminən 5,4 milyon belə icazə verilmişdir. / Trend / Teqlər : #Xarici,#pasportu,#olmayan,#Aİ,#vətəndaşları,#Britaniyaya,#buraxılmayacaqlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 7 ildən sonra Liviyadan Misirə uçuşlar bərpa edildi Qətərdə ilk dəfə qanunverici orqana seçkilər keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO