XİN-də kütləvi işdənçıxarma

Xarici işlər naziri Elmar Məmmədyarov səfir Arif Məmmədovun müxalif ruhlu çıxışını dəstəkləyən bütün diplomatların və XİN əməkdaşlarının tutduqları vəzifədən azad olunması barədə əmr imzalayıb.
 
Bunu virtualaz.org saytı məlumatlı mənbələrə istinadla yazıb.
 
Arif Məmmədovun qalmaqala səbəb olan facebook qeydlərini Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər.
 
azadliq.info-nun da əldə etdiyi məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev artıq vəzifəsindən çıxarılıb. XİN-in adı çəkilən o biri əməkdaşları barədə də oxşar xəbərlər daxil olub.
Bildirildiyinə görə, XİN-də işdən çıxarmalar barədə rəsmi məlumat əlavə ajiotaj yaratmamaq üçün rəsmən açıqlanmır./

Google+ WhatsApp ok.ru