XİN: Kazanda ticarət mərkəzində yanğın zamanı bir Azərbaycan vətəndaşı ölüb

Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Rusiyadakı səfirliyi Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır. 
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibı Andrey Rodıgin Azərbaycanın Rusiyadakı səfirliyinə bildirib ki, yanğın zamanı bir nəfər Azərbaycan vətəndaşının həyatını itirdiyi müəyyən olunub. 
 
Qeyd edək ki, “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı aşkarlanan cəsədlərin sayı 10-a çatıb.  Ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.

Google+ WhatsApp ok.ru