Diplomatik qalmaqal: rus diplomatları сasus çıxdı

Çexiyanın Təhlükəsizlik Xidməti Praqada çalışan üç rus diplomatı сasusluqda ittiham edib. Yerli mətbuatın hökumətdəki mənbəyə istinadən verdiyi xəbərə görə, diplomatlardan ikisi Rusiyanın Praqadakı səfirliyinin daimi, biri isə müvəqqəti əməkdaşıdır. Müvəqqəti əməkdaşın Rusiyanın başqa bir ölkədəki diplomatik missiyasının işçisi olduğu bildirilir. Mətbuatın yazdığına görə, artıq hər üç diplomat Çexiyanı tərk edib: «Çexiya hökuməti münaqişəni böyütməmək üçün bu şəxsləri ölkədən qovmadı. Sadəсə olaraq onlara ölkədə qalmaq üçün verilən iсazənin müddətini uzatmadı».
 
Çexiya radiosunun məlumatına görə, buna cavab olaraq Rusiya da Çexiya səfirliyinin bir əməkdaşının bu ölkədə qalmasına qadağa qoyub. Başqa bir çex diplomatın isə akreditasiyasından imtina edib.
 
Çexiyanın Xarici işlər naziri Lyubomir Zaoralek məlumatı şərh etməkdən imtina edib. Lakin onu bildirib ki, Rusiya ilə əlaqələri müddətində bu cür hallar bir neçə dəfə baş verib.
 
Rusiyanın Kəşfiyyat Xidməti də xəbəri şərh etmək istəməyib. Xidmətin mətbuat katibi Sergey İvanov «İnterfaks»a bu məlumatı şərh etməyəcəklərini bildirib.
 
Xatırladaq ki, ötən ilin oktyabrında da Çexiyanın əks-kəşfiyyatı Rusiyanın Praqadakı səfirliyində casus əməkdaşlar aşkarlamışdı. Onların sayı açıqlanmasa da, rəqəmin kifayət qədər böyük olduğu bildirilirdi./

Google+ WhatsApp ok.ru