Xorvatiyada İslamın rəsmiləşməsinin 100 illik yubley tədbirləri keçiriləcək

Xorvatiya konistitusiyasında İslam dininin rəsmiləşdirilməsinin 100 illik yubley tədbirləri keçiriləcək.
 
Maide.az xəbər verir ki, Xorvatiyada  İslam dininin konistitusiyada  rəsmiləşməsinin 100 illik yubleyi münasibəti ilə  Avropa İslami Camiyyətlərin Rəhbərlərinin konfransı keçiriləcək.
 
Konfrans aprelin26-27-də  Zaqreb şəhərində keçiriləcək.  Konfransda bir sıra ölkələrin  prezidentləri və dini rəhbərləri ilə yanaşı Avropa İslami Cəmiyyətlərin rəhbərləri iştirak edəcək. 
 
Xorvatiya konistitusiyasında İslam dininin rəsmiləşdirilməsinin 100 illik yubleyi münasibəti ilə həmçinin Riyeka şəhərinə  “İnsan həyatında din və elmin rolu” mövzusunda seminar ,  Türkiyənin Flarmoniya orkestrinin icrası ,  xatirə markasının təqdimatı və digər bir sıra tədbirlər nəzərdə tutulub. 
 

Google+ WhatsApp ok.ru