Xristianlara Kərbəla və Nəcəf qucaq açdı

İŞİD-in təhdidiylə Mosulu tərk etmək məcburiyyətində qalan xristianların Kərbəla və Nəcəf şəhərlərinə sığındıqları bildirilir.
Maide.az-ın "Əl-Aləm" televiziyasına istinadən verdiyi məlumata görə, Nəcəf şəhəri Əl-Məclisi İnsan Haqları Komitəsinin başçısı Muhsin Təmimi Nəcəf şəhərinin İŞİD təhdidi səbəbiylə Mosulu tərk etmək məcburiyyətində qalan xristianlara evlərini açmaqdan məmnun olduqlarını söyləyib.
 
Təmimi İŞİD tərəfindən cizyə vermək, müsəlman olmaq, ya da öldürülmək variantları ilə üzbəüz qoyulan xristianların evlərindəki əşyaları özləti ilə aparmasına icazə verilmədiyini və mallarının da yağmalandığını söyləyib.
 
Nəcəf Əl-Məclisi başçısının Mosuldan qaçan xristianlara Nəcəfdə yaşaya biləcəkləri uyğun məskənlər verilməsi üçün təlimat verdiyini söyləyən Təmimi, "xristian mühacir ailələrin təhlükəsizliyini və bütün ehtiyaclarını ödəyəcəyimizə söz veririk", - deyib.
 
Mosuldan İŞİD təhdidiylə çıxarılan çoxlu sayda xristian ailənin də müvəqqəti yer təmin edilənə qədər Kərbəladakı məscidlərə yerləşdirildikləri bildirilir.

Google+ WhatsApp ok.ru