Xızır Adnan əl-Əqsa Məscidi yolunda yenidən həbs olunub

Azad olunan fələstinli əsir Şeyx Xızır Adnan iki gündən sonra yenidən sionist hərbçilər tərəfindən həbs olunub.
 
Maide.az xəbər verir ki, sionist rejim hərbçiləri azad olunmuş fələstinli əsir Şeyx Xızır Adnanı bazar ertəsi günü namaz qılmaq və mərasimdə iştirak etmək üçün əl-Əqsa məscidinə daxil olduğu zaman həbs ediblər. 
 
Xızır Adnan ittihamı elan olunmadan və mühakimə edilmədən həbsdə qalmasına etiraz olaraq aclıq aksiyası keçirmiş və 56 gün aclıq aksiyasından sonra şənbə gecə öz aksiyasına son verərək azad olunmuşdu. 
 
Xızır Adnan 2012-ci ildə də 66 gün aclıq aksiyasından sonra İsrail rejiminə öz qanuni tələblərini qəbul etdirdi və həbsdən azad oldu. 
 
Həmçinin sionist hərbçilər İordan çayının qərb sahilində 7 fələstinlini həbs edib və onları dindirmək üçün təhlükəsizlik məmurlarına təhvil veriblər. 
 
İsrail rejimi hərbçiləri demək olar ki, hər gün İordan çayının qərb sahili və Qüdsdə qəfildən fələstinlilərə hücum edir və bir qrup fələstinlini həbs edirlər.

Google+ WhatsApp ok.ru