Yəmən Hizbullahı Hərəkatı: Yeni bir siyasi dövr başladı

Yəmənin Hizbullah Hərəkatının mətbuat katibi Məhəmməd Abdussalam ABŞ rəhbərliyini cinayət işlətməkdə günahlandırıb.
 
Maide.az-ın məlumatına görə, Küveytin "əs-Siyasət" qəzetinə açıqlama verən Məhəmməd Abdussalam ABŞ ilə Yəmənin Hizbullahı Hərəkatının əlaqələri barədə yayılan söz-söhbətləri qiymətləndirərkən bildirib ki, ABŞ cinayətkardır və sionist rejimin himayəçisidir.
 
Yəmən Hizbullah Hərəkatının şüarının sülhməramlı olduğunu deyən Abdussalam Fars körfəzi Əməkdaşlıq Şurasının Yəmənlə əlaqədar planının qəti şəkildə sona çatdığını, Prezident Sarayında imzalanan sülh razılaşmasına görə, yeni siyasi qrupların iştirakıyla ölkədə yeni siyasi dövrün başlayacağını söyləyib.
 
Qeyd edək ki, ötən bazar günü Yəmən prezidenti Mənsur Hadi ilə Yəmən Hizbullah Hərəkatı başda olmaqla siyasi qrupların nümayəndələri arasında BMT nümayəndəsi Camal bin Ömərin müşahifəsi altında sülh razılaşması imzalanıb.

Google+ WhatsApp ok.ru