Yəmən paytaxtındakı terror aktlarında ölənlərin sayı artır: 67 ölü

Paytaxt Sənada törədilən terror aktında içərisində uşaqların da olduğu xeyli sayda adam həyatını itirib. Yəmən paytaxtında törədilən iki terror aktında ümumilikdə 67 nəfər həyatını itirib.

Reuters-in məlumatına görə, bomba yerləşdirilmiş avtomobilin partladılmasından sonra bədəninə partlayıcı qurğu yerləşdirən kamikadze Təhrir meydanında kütləvi yürüşə hazırlaşan husi fəallarına yaxınlaşaraq özünü partladıb.

Bu barədə məlumatı şahidlər və tibb işçiləri veriblər.

Şahidlər partlayışdan dərhal sonra yerdə azı 20 cəsədin olduğunu bildiriblər. Xəstəxanaya yerləşdirən yaralılardan bir çoxunun vəfat etməsi ölü sayının artmasına səbəb olub.

Səhiyyə əməkdaşları yaralılardan bəzilərinin hələ də kritik vəziyyətdə olduğunu əsas gətirərək ölü sayının artacağını bildiriblər. Ümumilikdə, 75 yaralının olduğu bildirilir.

Xatırladaq ki, bu gün Yəmən paytaxtı Sənada törədilən birinci partlayışda 20 hökumət əsgəri həyatını itirmişdi.

Terror aktlarının məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Lakin, ölkədə ənənəvi kamikadze hücumlarını təşkil edən "əl-Qaidə" terror qruplaşması əsas səbəbkar kimi göstərilir. interaztv /

Google+ WhatsApp ok.ru