Yəmən prezidenti bihuş olub

Yəmən prezidenti Əbd-Rəbbu Mənsur Hadinin təzyiqi qalxıb və bihuş olub.
Maide.az-ın Əl-Şare qəzetinə istinadən məlumatına görə, hadisə ötən axşam baş verib və Hadini xəstəxanaya yerləşdiriblər.
Məlumatda bildirilir ki, Prezident xəstəxanada qısa müddət qalıb və halı bir az yaxşılaşdırqdan sonra evə buraxılıb. 

Əbd-Rəbbu Mənsur Hadi ürək damarlarının genişlənməsindən əziyyət çəkir. Bundan öncə bir dəfə də əməliyyat olunub.  /

Google+ WhatsApp ok.ru