Yəməndə hökumət qüvvələri və üsyançılar arasında döyüşlər gedir

Yəmənin paytaxtı Sənada ordu bölmələri və üsyançı şiələr-hutilər arasında döyüş başlayıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, prezident sarayının yerləşdiyi ərazidə iriçaplı pulemyotlardan açılan atəş və mina partlayışları səsi eşidilir.

Prezident Abd Rəbbuh Mənsur əl-Hadinin harada olduğu bilinmir.

Sakinlər döyüş zonasını tərk edirlər. Dövlət televiziyası toqquşmalar barədə məlumat vermək əvəzinə, konsert proqramı təqdim edir.

Qeyd edək ki, hutilər Yəmən hökumətinə qarşı döyüşən şiə dəstələridir. /

Google+ WhatsApp ok.ru