Yəmənin Ənsarullah hərəkatı 7 maddələlik sülh planını şərti olaraq qəbul etdi

Yəmənin Ənsarullah Hərəkətı Omanda keçirilən danışıqlarda BMT-nin vasitəçiliyinə əsasən irəli sürülən sülh planına şərtli dəstəyini bildirib.
PressTV-nin məlumatına görə, Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam açıqlama verərək, təklif olunan 7 bəndlik sülh planını BMT-nin 2216-cı qərarı ilə birlikdə münaqişənin digər tərəflərinin dəstəkləyəcəyi təqdirdə qəbul edəcəklərini bildirib.
Aprel ayında qəbul edilmiş qətnamə Ənsarullahın nəzarəti altındakı ərazilərdən döyüşçüləri çıxarmağa çağırır və onların tərk-silah olunmasını tələb edir.
BMT Baş Katibinin sözçüsü Stefan Dujarriç, mətbuat nümayəndələrinə verdiyi açıqlamada "bunun mühüm bir addım" olduğunu bildirib. BMT Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd danışıqlardakı son prosesləri məmnunluqla qarşıladıqlarını deyib. Deyerler /

Google+ WhatsApp ok.ru