Yəmən qüvvələrinin hücumu Səudiyyə Ərəbistanının neft hasilatını günlük 5,7 milyon barel azaldıb

Yəmən qüvvələrinin hücumu Səudiyyə Ərəbistanının neft hasilatını günlük 5,7 milyon barel azaldıb

Sentyabrın 13-dən 14-nə keçən gecə Yəmənli qüvvələrin təcavüzkar  Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna 10 dronla hücumu nəticəsində S.Ərəbistanına ciddi ziyan dəyib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində “Saudi Aramco” şirkətinin neft hasilatı günlük 5,7 milyon barel azalıb. Bu isə qlobal neft istehsalının 5 faizinə bərabərdir. Mütəxəssislər bunun neft qiymətlərinə təsir edə biləcəyini deyirlər.
 
Şirkət rəsmiləri bu günün sonuna qədər bunun 2 milyon barelini bərpa edə biləcəklərini açıqlayıb. Lakin, şirkətin tam gücündə yenidən hasilata başlamasının bir neçə həftə çəkəcəyi bildirilib.
 
Hücumdan sonra 3 gün ərzində S.Ərəbistanına təxminən 1 milyard dollar ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru