Yağış Daşkəsəndə körpünü uçurdu - Foto

Son günlər yağan aramsız yağışlar nəticəsində Daşkəsəndə 1937-ci ildə inşa edilən və istismar müddəti bitmiş körpü qəzalı vəziyyətə düşüb.
 
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən körpü Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Körpünün uzunluğu 10, eni isə 5 metrdir.
 
Əraziyə ezam edilmiş ASC-nin mütəxəsisləri tərəfindən körpüyə baxış keçirilib və avtonəqliyyat vasitələri üçün təhlükə yaratdığından körpünün hərəkətə bağlanaraq bərpa edilməsi qərara alınıb. Bərpa işləri zamanı körpü üzərindən yalniz piyadaların hərəkətinə icazə veriləcək.
 
Bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
 
 
 
 

Google+ WhatsApp ok.ru