Yahoo Messenger bu gündən həmişəlik susur

Yahoo Messenger bu gündən həmişəlik susur

Yahoo Messenger bu gündən fəaliyyətini dayandırır 
 
Maide.Az xəbər verir ki, dünyanın ən böyük internet-şirkətlərdən “Yahoo” şirkəti elan edib ki, avqustun 5-dən “Yahoo Messenger” xidmətini həmişəlik bağlayır.  
 
Əsas ofisi Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşən bu şirkət bildirib ki,bu gündən istifadəçilər heç bir vasitə ilə  Yahoo Messenger proqramını istifadə edə bilməyəcəklər.  
 
Yahoo Messenger 90-cı illlərdən faəliyyət göstərirdi.  Bu chat proqramı əsasən Asiya - Sakit okean ölkələrində daha çox istifadə olunurdu. 
 
Qeyd edək ki, Yahoo şirkəti həmçinin internetdə məqaələləri oxumağı təklif edən Yahoo Recommends servisini də sentyabr ayından bağlayacağını bildirib. 
 

Google+ WhatsApp ok.ru