YAHOO ŞİRKƏTİ:1 milyarddan çox istifadəçisinin məlumatları oğurlanıb

YAHOO ŞİRKƏTİ:1 milyarddan çox istifadəçisinin məlumatları oğurlanıb

Amerikanın böyüklüyünə görə ikinci axtarış sistemi olan "Yahoo"nun 1 milyarddan çox istifadəçisinin məlumatları oğurlanıb.
 
Maide.Az xəbər verir ki, bu barədə internet şirkətin məlumatında bildirilir.
 
Oğurlanan məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və şifrələri var.
 
Yahoo elan edib ki, bu hadisə 2013-cü ilin avqust ayında baş verib. “Qanunsuz olaraq üçüncü bir şəxs bir milyard istifadəçinin şəxsi məlumatlarını oğurlayıb.”
 
Qeyd edək ki,  Yahoo şirkəti bir neçə ay öncə də elan etmişdi ki, 2014-cü ildə yarım milyondan çox istifadəçinin məlumatları oğurlanıb. 
 
Şirkət istifadəçilərin qeydiyyat yazılarının təhlükəsizliyinin təmin edilməsi üzrə addımlar atdığını və hüquq-mühafizə orqanları ilə sıx əlaqədə işlədiyini bəyan edib.
Yahoo həmçinin  oğurlandığı ehtimal edilən istifadəçilərə bu haqda məlumatlar verməyə başlayıb. (presstv)
 

Google+ WhatsApp ok.ru