Yanacaq daşıyan maşının aşması nəticəsində Ələt-Astara magistralı bağlanıb

Yanacaq daşıyan maşının aşması nəticəsində Ələt-Astara magistralı bağlanıb

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.
 
Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb. 
 
Hazırda Ələt-Astara magistralı bağlanıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür. (apa) /

Google+ WhatsApp ok.ru