Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yanğın baş verib.
Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəsəbədə 400 ədəd istismara yararsız sərnişin vaqonlarından 21 ədədi yanıb. Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 07:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
 
Digər bir məlumata görə,  Ağstafa rayonunda böyük ərazidə otlaq sahəsi yanıb.
 
Ağstafa rayonu, Ceyrançöl qəsəbəsində 300 ha otlaq sahə yanıb.
Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub.
Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. //

 

Google+ WhatsApp ok.ru