Yanğın qurbanlarının sayı artıb

Yanğın qurbanlarının sayı artıb

 Bu ilin 9 ayında yanğın hadisələrində 62 nəfər həyatını itirib.
 
Bu barədə FHN məlumat verib. Bu ilin 9 ayı ərzində 13398 yanğın hadisəsi qeydə alınıb.
 
Yanğınların 1757-i çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 9168-i açıq sahələrdə, 9-u meşə və meşə talalarında, 251-i nəqliyyat vasitələrində, 2213-ü isə digər müxtəlif hadisələr nəticəsində baş verib.
 
Yanğın hadisələri zamanı 62 nəfər həlak olub, 127 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həlak olanlar üzrə 23 nəfər və ya 59% çoxdur, xəsarət alanlar üzrə 38 nəfər və ya 23% azdır.
 
Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilib, 1179 nəfər təxliyə olunub. /contact.az /

Google+ WhatsApp ok.ru