Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli ölüb

Yaponiyada qar uçqunu nəticəsində 6 məktəbli ölüb

Yaponiyanın Totiqi prefekturasında baş verən qar uçqunu nəticəsində 6 məktəbli ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 məktəbli xəsarət alıb, daha 3-ü itkin düşüb.
 
Qar uçqununun Nasu şəhəri yaxınlığında baş verdiyi bildirilir. Bu zaman xizəksürmə yamacında 50-dək məktəbli olub. Hazırda hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. /

Google+ WhatsApp ok.ru